"Bu ilin yanvarfevral aylarında 27 530 nəfər işsiz işlə təmin olunub" FOTO


Digərləri 14 Mar 2018 11:39:23 251 0

"Bu ilin yanvarfevral aylarında 27 530 nəfər işsiz işlə təmin olunub"  FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı" layihəsinin icrası işlərinə və "Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" tvinninq layihəsi çərçivəsində təlim səfərlərinin nəticələrinə dair "Məlumat mübadiləsi saatı" keçirilib.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, əmək resurslarının səmərəli məşğulluğuna şərait yaradılmasının Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olduğunu vurğulayıb:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də aktiv məşğulluq tədbirləri ildən-ilə gücləndirilir. Bu tədbirlərin davamı olaraq, cari ilin yanvar-fevral aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə 27 530 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin olunub. Həmçinin Nazirlik tərəfindən 473 nəfər (Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 443 nəfər, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 30 nəfər) üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Həmçinin son iki ayda 28 419 nəfər gənc əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçimlərinə köməklik göstərilməsi üçün peşəyönümü tədbirlərinə cəlb edilib".

Nazir diqqətə çatdırıb ki, aztəminatlı ailələrin yoxsulluqdan çıxışına və kiçik ailə biznesinə keçidinə imkan verən özünüməşğulluq proqramının icrası işləri də bu il daha geniş müstəvidə davam etdirilir:

"Cari ildə proqramda iştirak etmək üçün müraciət edən, özünüməşğulluq fəaliyyəti üçün müvafiq potensialları olan şəxslərdən artıq 2 min nəfərə yaxını kiçik biznesin təşkili və idarə olunması üzrə zəruri biliklərə yiyələnmələri məqsədilə təlim kurslarına cəlb olunublar. Bu kursların təşkili işləri davam edəcəkdir. Kursları bitirənlərdən qiymətləndirmə əsasında uğurlu biznes-planlara malik olanlar müəyyən edilməklə onlar kiçik ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunacaqlar. İl ərzində proqram çərçivəsində 6-7 min kiçik ailə təsərrüfatının yaradılması planlaşdırılıb".

S.Müslümov aktiv məşğulluq tədbirlərinin təşkilində beynəlxalq əməkdaşlıq müstəvisində icra olunan layihələrin də əhəmiyyətini vurğulayıb:

"Məlum olduğu kimi, gənclərin əmək bazarına inteqrasiyasında onların müasir iş axtarışı bacarıqlarına malik olmaları vacib amillərdən biridir. BMT İnkişaf Proqramı ilə birgə icra etdiyimiz "Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı" layihəsi bu sahədə fəal dəstək rolunu oynayır. Layihə ilk dəfə işaxtaran ali təhsilli gənclərə qabaqcıl beynəlxalq təcrübədən irəli gələn SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə sınanmış iş axtarışı bacarıqlarının aşılanması məqsədinə xidmət edir. Bu layihə çərçivəsində ötən dövrdə Bakı, Sumqayıt, Masallı və Gəncə şəhərlərində fəaliyyət göstərən SYSLAB Təlim Mərkəzlərində ümumilikdə 640 nəfər gənc təlimlərə cəlb olunub və öyrədilən müasir iş axtarışı bacarıqları sayəsində onlardan 85 faizi müxtəlif müəssisələrdə münasib iş yeri ilə təmin ediliblər. Bu ilin əvvəlindən qeyd olunan layihənin müddəti uzadılıb, Masallı və Gəncə şəhərlərində SYSLAB Təlim Mərkəzləri fəaliyyətini davam etdirir, digər bir sıra regionlarda da belə Mərkəzlərin təşkili nəzərdə tutulur".


Xəbərə aid fotolar