Vəkil adından qanunsuz istifadə edənlərlə bağlı ciddi tədbirlər görüləcək


Digərləri 14 Mar 2018 11:31:00 271 0

Vəkil adından qanunsuz istifadə edənlərlə bağlı ciddi tədbirlər görüləcək

Son günlər aparılan müşahidələr nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir.

Bakı. Elçin Mehdiyev – Son günlər aparılan müşahidələr nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir. Bu barədə Trend-ə Vəkillər Kollegiyasından məlumat verilib. Qeyd olunub ki, xüsusilə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinə bu kimi hallar ilə bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır. Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir. Qeyd olunan problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu günlərdə vəkillik fəaliyyəti ilə əlaqədar bır sıra ifadələrin Patent və Əmtəə Nişanları Mərkəzində qeydiyyatını həyata keçirdib.