Qaradağ icra başçısı Səngəçal sakinləri ilə görüşüb


Digərləri 14 Mar 2018 10:59:02 236 0

Qaradağ icra başçısı Səngəçal sakinləri ilə görüşüb

Səngəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib.

Bakı. 13 mart 2018-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Səngəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Trend-in məlumatına görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər. Keçirilmiş səyyar qəbulda 100-dən çox qəsəbədə sakinləri iştirak edib.