Tillersonun istefasına Binəli Yıldırımdan münasibət


Dünya 14 Mar 2018 10:46:00 213 0

Tillersonun istefasına Binəli Yıldırımdan münasibət

Reks Tillerson KXDR və İran siyasətinə dair prezident Donald Trampın baxışlarını bölüşmədiyinə görə ötən gün dövlət katibi postundan uzaqlaşdırılıb

Türkiyə ilə Amerika arasındakı münasibətlər şəxslərə bağlı deyil.

Son.az Haberler-ə istinadla xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana səfər edərkən hava limanında jurnalistlərin Tillersonun istefaya göndərilməsi ilə bağlı sualına cavab verərkən söyləyib.

"Mənim münasibət bildirməyimin mənası yoxdur. Türkiyə ilə Amerika arasındakı münasibətlər şəxslərə bağlı deyil".