Çempionlar Liqasında 1/4 finala yüksələn son komandalar müəyyənləşəcək


İdman 14 Mar 2018 09:46:00 258 0

Çempionlar Liqasında 1/4 finala yüksələn son komandalar müəyyənləşəcək

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin son cavab oyunları keçiriləcək. 

Goal.az xəbər verir ki, Kataloniyadakı "Nou Kamp” stadionunda "Barcelona” və İngiltərənin "Chelsea” komandaları arasında baş tutacaq matç gərgin və maraqlı mübarizə vəd edir. Londonda baş tutmuş ilk qarşılaşmada heç-heçə qeydə alındığı üçün kataloniyalılar bir qədər üstün durumdadırlar. Qonaqları da hesabdan silmək olmaz. Nelson Semedu və Denis Suares zədəli olduqları üçün "zadəganlar”la görüşdə meydan sahiblərinə kömək edə bilməyəcəklər. Andres İnyestanın durumu sual altındadır. 

Günün digər oyunu İstanbulda keçiriləcək. "Beşiktaş” və Almaniyanın "Bayern Munich” kollektivləri arasında baş tutacaq görüş formal xaraker daşıyır. Buna səbəb münhenlilərin ilk matçda 5:0 hesabı ilə qalib gəlmələridir. "Beşiktaş”ın heyətində Pepe zədəli, Domaqoy Vida cəzalıdır. 

"Bavariya” zədəli Manuel Noyer, Kigsli Koman və Korenten Tolissonu, eləcə də Aryen Robbeni İstanbula gətirməyib. Xames Rodrigesin durumu isə sual altındadır.

Çempionlar Liqası 

1/8 final, cavab oyunları 

14 mart 

23:45. "Beşiktaş” (Türkiyə) – "Bayern Munchen” (Almaniya) 

Baş hakim: Maykl Oliver (İngiltərə) 

İlk oyun - 0:5 

23:45. 

"Barcelona” (İspaniya) – "Chelsea” (İngiltərə) 

Baş hakim: Damir Skomina İlk oyun - 1:1