Quba və Lerikə qar yağır, bəs Ağsu aşırımında vəziyyət necədir?


Digərləri 14 Mar 2018 09:38:51 297 0

Quba və Lerikə qar yağır, bəs Ağsu aşırımında vəziyyət necədir?

Ölkənin dağlıq ərazilərinə gecə saatlarından başlayaraq güclü qar yağıb.

Bakı. Samir Əli - Ölkənin dağlıq ərazilərinə gecə saatlarından başlayaraq güclü qar yağıb. Trend-in məlumatına görə, hazırda bəzi dağətəyi ərazilərə də qar yağır. Lerik rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, dünən axşam saatlarından rayon ərazisinə qar yağmağa başlayıb: "Rayon ərazisində sulu qar yağsa da, dağ kəndlərində qarın hündürlüyü 5-6 sm-ə çatıb". Qeyd edək ki, Quba rayonuna da hazırda qar yağır. Rayon sakinlərinin Trend-ə verdiyi məlumata görə, hazırda rayon ərazisi qardır və yağmaqda davam edir.