“iPhone X” almamaq üçün daha bir səbəb


Digərləri 14 Mar 2018 08:51:00 267 0

“iPhone X” almamaq üçün daha bir səbəb

"MacEumors" ixtisaslaşmış nəşrinin mütəxəssisləri istifadəçilərin "iPhone X" smartfonunu əldə etməkdən hələlik vaz keçmələri üçün daha bir səbəb aşkar ediblər.

Son.az lent.az-a istinadən xəbər verir ki, təcrübə göstərib ki, smartfon çoxlu sayda populyar əlavələri dəstəkləmir.

Mütəxəssislərin ortaq rəyinə əsasən, "Apple" tərtibatçıları "iPhone X" smartfonunun ekranının unikal formasını saxlamaq üçün xeyli səy göstəriblər. Bu səbəbdən onlar smartfonu çoxlu sayda əlavələrdən məhrum ediblər. Paradoks isə odur ki, kənarda qalan proqramlar arasında "Apple" şirkətinin öz məhsulları da mövcuddur.