İranda Od çərşənbəsində 406 nəfər xəsarət alıb


Dünya 14 Mar 2018 08:48:00 244 0

İranda Od çərşənbəsində 406 nəfər xəsarət alıb

İranda Novruz bayramından əvvəl keçirilən od çərşənbəsində 406 nəfər xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, onlardan 3-ü ölüb. Qeyd edilir ki, iranlılar digər bəzi Şərq xalqları kimi çərşənbə mərasimində tonqalın üstündən tullanır, pirotexniki vasitələrdən istifadə edirlər.