ABŞda 17 nəfəri öldürmüş yeniyetməyə ölüm cəzası tələb edildi


Dünya 14 Mar 2018 08:23:00 233 0

ABŞda 17 nəfəri öldürmüş yeniyetməyə ölüm cəzası tələb edildi

ABŞ prokurorluğu Florida ştatında məktəbdə 17 nəfəri qətlə yetirən yeniyetmənin ölüm cəzasına məhkum edilməsini tələb edib.

Trend-in məlumatına görə, müttəhimin vəkilləri onun günahını etiraf etməsi müqabilində ölüm cəzasını ömürlük həbslə əvəz edilməsini təklif edib. Bu barədə razılaşmanın əldə olunub -olunmaması barədə hələlik məlumat verilmir.

İş üzrə məhkəmə prosesinin növbəti iclası martın 14-dü keçiriləcək.