Dünyanın ən bahalı ədviyyatının


Digərləri 14 Mar 2018 08:15:00 229 0

Dünyanın ən bahalı ədviyyatının

Zəfəran dünyada ən bahalı ədviyyat sayılır. Müxtəlif ölkələrə məxsus zəfəranın 1 kiloqramının qiyməti 300 manatdan 1000 manat arasında dəyişir. Ən keyfiyyətli sayılan ispan zəfəranının 1 kiloqramı təxminən 800-1000 manatdır. Qiymətlərin belə yüksək olmasının bir səbəbi onun hazırlanma prosesinin çətin və xərc aparan olmasıdırsa, digər səbəbi zəfəranın orqanizmə saysız-hesabsız faydaları ilə bağlıdır.

Hələ neçə əsrlər öncə zəfəran öz müalicəvi xüsusiyyətləri ilə xalq təbabətində geniş yer alıb. Şah ədviyyatı adlandırılan zəfərandan bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Bəs zəfəranın orqanizmə hansı təsirləri var, o sağlamlığımız üçün nələri vəd edir?

Son.az modern.az-a istinadən bildirir ki, zəfəran xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdəndir.

Qanı təmizləyir, saflaşdırır, bədənin bütün hüceyrələrinin qanla təçhizatını normallaşdırır.

Beyin fəaliyyətini yaxşılaşdırır, yaddaşı gücləndirir.

Sinir sisteminə müsbət təsir göstərir, normal yuxunu təmin edir.

Mədə və bağırsaqların fəaliyyətini tənzimləyir.

Sidik kisəsi və böyrəkləri təmizləyir.

Cinsi fəallığı artırır.

Görmə qabiliyyətini yaxşılaşdırır.

Alkoqol asılılığını müalicə edir.