BAXCP: Azərbaycanda seçki prosesi ilə bağlı hər hansı neqativ hal olmayıb


Digərləri 14 Mar 2018 07:47:10 217 0

BAXCP: Azərbaycanda seçki prosesi ilə bağlı hər hansı neqativ hal olmayıb

Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının həyata keçirdiyi tədbirlər Seçki Məcəlləsinin tələblərinə tamamilə cavab verir.

Bakı. Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının həyata keçirdiyi tədbirlər Seçki Məcəlləsinin tələblərinə tamamilə cavab verir. Bunu Trend-ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib. Partiya təmsilçisi bildirib ki, prosesdə heç bir maneə yoxdur: "İstər prezidentliyə namizədlərin irəli sürülməsində, istər imzatoplama kampaniyasında, istərsə də namizədlərin qeydə alınması prosesində hər hansı neqativ hallarla qarşılaşmamışıq. Seçici imzalarının və digər sənədlərin ekspertlər tərəfindən yoxlanılması zamanı prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinə, maraqlı tərəflərə prosesi müşahidə etmək üçün geniş imkan yaradılıb. Eyni imkanlar yerli və beynəlxalq müşahidəçilər üçün də yaradılıb və onlar da qanunvericiliyin tələblərinə uyğun olaraq seçki prosesinin bu və ya digər mərhələsini heç bir maneə olmadan müşahidə edə bilərlər". E.Mirzəbəyli bildirib ki, bəzi qüvvələr Azərbaycanda seçki prosesinin normal keçməsindən narahatdır və həmin dairələr Azərbaycana qarşı qarayaxmalar həyata keçirmək istəyir: "Oxşar hadisələr bundan öncəki seçkilərdə də baş verib. Bu, məqsədyönlü şəkildə aparılan bir kampaniyadır.Seçkilərin qanunvericiliyin tələblərinə uyğun olaraq apreldə keçirilməsi bu prosesdə maddi və digər korporativ maraqları olan dairələri seytnot vəziyyətinə salıb. Onların iyun-iyul aylarından başlatmaq istədikləri qarayaxma kampaniyası ilə bağlı strateji planlarını sıradan çıxarıb. Antiazərbaycan kampaniyasının bu qədər qəzəbli və tələsik şəkildə aparılmasının səbəbləri də budur". Partiya sədrinin müavini deyib ki, əvvəlki seçkilərdə olduğu kimi, budəfəki seçkilərdə də kimliyindən asılı olmayaraq bütün müşahidəçilər üçün bərabər imklanlar yaradılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin