Çərçivəsiz Huawei Honor 7C smartfonu təqdim olundu


Digərləri 14 Mar 2018 07:11:00 265 0

Çərçivəsiz Huawei Honor 7C smartfonu təqdim olundu

Gözlənildiyi kimi, "Huawei" şirkəti "Honor 7C" smartfonunu təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, "Huawei Honor 7C" smartfonu təsvir ölçüsü HD+ (720x1440 piksel) və tərəflər nisbəti 18:9 təşkil edən 5,99 düymlük ekran, barmaq izləri skaneri, 13+2 meqapiksellik əsas kamera, 8 meqapiksellik ön kamera, "Qualcomm Snapdragon 450" adlı 1,8 QHs takt tezlikli səkkiznüvəli prosessor, 3 və ya 4 QB əməli yaddaş, 32 və ya 64 QB-lıq fləş yaddaş ("microSD" formatlı kartın köməyi ilə yaddaşı 256 QB-dək artırmaq mümkündür). Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.

İki SİM kart və "microSD" üçün ayrı slotlar nəzərdə tutulmuşdur. "4G VoLTE", "Wi-Fi (802.11 b/g/n)", "Bluetooth 4.2", "GPS+QLONASS", "FM" radio dəstəklənir. Aparatın ölçüsü 158,3x76,7x7,8 mm, çəkisi isə  164 qram təşkil edir. Smartfon "Android 8.0 Oreo" sistemi və "EMUI 8.0" interfeysinin idarəetməsi altında işləyir.