Millət vəkili: Yeni qanunlarla, sənədlərə bağlı əhaliyə sadə üslubda izahlar vermək lazımdır


Digərləri 14 Mar 2018 01:25:00 223 0

Millət vəkili: Yeni qanunlarla, sənədlərə bağlı əhaliyə sadə üslubda izahlar vermək lazımdır

Azərbaycan Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurası Hüquqi maarifləndirmə bölməsinin növbəti toplantısı keçirilib.

Bakı. Elçin Mehdiyev - Azərbaycan Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurası Hüquqi maarifləndirmə bölməsinin növbəti toplantısı keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, fondda gerçəkləşən görüşdə aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri, "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar görüləcək işlər, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında"Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixili Sərəncamı kontekstində Xalq Cumhuriyyəti fəaliyyətinin hüquqi aspektləri mövzusunda maarifləndirici tədbirlərin təşkili məsələləri müzakirə olunub. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tədbiri giriş sözü ilə açaraq, Fondun "Hüquqi maarifləndirmə" layihəsi çərçivəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Növbəti prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi ilə bağlı müxtəlif elm-təhsil ocaqlarında, müəssisə və təşkilatlarda mühazirələrin təşkil olunduğunu diqqətə çatdıran icraçı direktor, Koordinasiya Şurasının üzvlərinin bu görüşlərdə iştirakına böyük ehtiyac olduğunu söyləyib. O.Səmədov Bilik Fondunun dəstəyi ilə bölgələrdə fəaliyyət göstərən Bilik evlərinin strukturu və iş prinsipi barədə danışaraq, bu qurumların yerləşdiyi məkanlarda hüquq məsləhətxanalarının yaradılması vacibliyinə toxunub. İcraçı direktor bu il ölkəmizdə gerçəkləşəcək mötəbər tədbirlərin hüquqi aspektlərinin əhaliyə izah olunmasında hüquqşünaslarla birgə hazırlanacaq fəaliyyət planının ümumi müddəalarını açıqlayıb. Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Koordinasiya Şurasının Hüqüqi maarifləndirmə bölməsinin rəhbəri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitsəinin sədri, hüquq elmləri doktoru, millət vəkili Əli Hüseynlini rəhbərlik etdiyi Şuranın aktiv fəaliyyətindən söz açaraq, qurumun hər bir üzvünə minnətdarlığını bildirib. İ.Vəliyev qeyd edib ki, prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə yanaşı, ümumiyyətlə bütün təbəqələrdən olan seçicilərin maarifləndirilməsi məqsədəuyğundur. Aparat rəhbəri hüquqşünasları ölkəmizdə bu il keçiriləcək tədbirlərlə bağlı fəaliyyət planının hazırlanması istqiqamətində təkliflər verməyə dəvət edib.