Biləsuvarın kəndinə içməli su verilib (FOTO)


Digərləri 14 Mar 2018 01:00:00 241 0

Biləsuvarın kəndinə içməli su verilib (FOTO)

Biləsuvarın Xırmandalı kəndinin içməli su ilə təminatı yaxşılaşdırılıb.

Bakı. Biləsuvarın Xırmandalı kəndinin içməli su ilə təminatı yaxşılaşdırılıb. “Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilən açılış mərasimində Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verib. Bildirib ki, rayonun ən böyük yaşayış məntəqələrindən olan Xırmandalı və Bəydilli kəndlərində içməli su məsələsi həmişə aktual olub və bu layihənin icrası nəticəsində sakinlər keyfiyyətli içməli su ilə təmin olunublar. “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının xüsusi diqqətdə saxlanıldığını bildirib. Şirvan-Muğan qrup su kəmərinin əhəmiyyətindən danışan sədr müavini qeyd edib ki, bu mənbədən Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə, həmçinin bir sıra kəndlərə suyun verilməsi təmin olunub. 2018-ci ildə kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdiriləcək.