İki od arasında qalan rohincalı müsəlmanlarının qorxunc taleyi


Digərləri 13 Mar 2018 23:55:00 284 0

İki od arasında qalan rohincalı müsəlmanlarının qorxunc taleyi

Sizə rohincalı qaçqınların acınaqlı vəziyyətindən bəhs edən araşdırma yazını təqdim edirik. Myanmarı tərk edib Banqladeşə sığınan Rohinca müsəlmanlarının hazırkı vəziyyəti ürək dağlayandı. Bildiyimiz kimi Myanma hökumətinin rohincalı müsəlmanlara tətbiq etdiyi soyqırım və dəhşətlər sonra müsəlmanlar Banqlasdeşə sığındılar. Banqladeşin böyük etirazlarından sonra Myanmarın xarici işlər naziri Ang San Suchi və Banqladeşin xarici işlər naziri A. H. Mahmut Ali Myanmarın paytaxtı Napidavda bir müqavilə imzaladılar. Bu müqaviləyə əsasən rohincalı müsəlmanlar iki il içində Myanmaya qayıtmalı idilər.

Son.az iuvmpress.com-a istinadən bildirir ki, Dakka hökuməti bildirdi ki, bu müqaviləyə əsasən sərhəddə 1500 qaçqının yerləşdirələcəyi 5 düşərgə qurulacaq və oradan qaçqınlar Myanmadakı iki qəbul mərkəzinə göndəriləcəklər. Hərçənd rohincalı müsəlmanların geri dönmələri üçün dəqiq bir zaman göstərilməyib, amma Banqladeş hökuməti açıqlamada bildirib ki, ailə fərdiyyəti qorunmaqla onlar təslim ediləcəklər. Digər tərəfdən də Myanma hökuməti rohincalıları qorumaq məsələsində məsuliyyət altında olmalıdır. Amma bildiyimiz kimi son məlumatlara əsasən 700 min rohincalı buddistlərin soyqırımından qorunmaq üçün Banqladeşə sığınıb. Burada isə həyatda qalmaq mübarizəsi aparırlar.

BMT-nin qaçqınlar üzrə nümayəndəsi Mark Piers məsələ barədə açıqlama verib:"Rohincalı müsəlmanlar ac, yorgun və ümidsiz vəziyyətdədilər. Onların nəinki yeməyə, heç içməyə suları da yoxdu. Əgər adi ehtiyacları belə ödənməsə bu insanların sağ qalma ehtimalları yoxdur". Ancaq Myanma hökuməti ilə Banqladeş arasında bağlanan müqaviləyə rəğmən düşərgələrdə ölümlə üzbəüz qalan bu insanların vəziyyəti haqda Myanma hökumətinin də hər hansı bir açıqlama verməməsi diqqət çəkir.

Bu məsələdə ən əhəmiyyətli nüans geri qaytarılan qaçqınların haralara yerləşdirilməsi məsələsidir. Hərçənd Banqladeş hökuməti rohincalı müsəlmanların evlərinə yaxın düşərgələrə yerləşdiriləcəyindən bəhs etmişdi. Amma bu düşərgələrin onların öz yurdları olan Rahin vilayətində, yoxsa fərqli bir məkanda olacağı açıqlanmayıb. Çünki rohincalıların dağıdılmış yurdlarının bərpası üçün heç bir addım atılmayıb, bu barədə Çindən və Hindistandan kömək tələb olunacağından bəhs olunur.

Bundan əlavə qaçarkən yanında heç bir sənəd götürməyə belə macal tapmayan rohinciyalıların harada və necə yaşadıqları naməlumdur. UNİCEF bu barədə narahatlığını dilə gətirərək bildirib ki, ən yaxşısı sərhədləri açıq saxlamaqdır. Qaçqınların uşaqları həddindən artıq pis qidalanmadan əziyyət çəkirlər.