Polis Akademiyasında fəlsəfə doktoru hazırlanacaq


Digərləri 13 Mar 2018 23:41:00 300 0

Polis Akademiyasında fəlsəfə doktoru hazırlanacaq

Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"na dəyişikliklər edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyası siyahıya əlavə edilib. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üzrə" bölməsindən sonra "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üzrə" bölməsi əlavə edilib.