Bir kəndə ildırım kimi düşən faciə: “Ataanasını öpmədən evdən çıxmazdı”


Digərləri 13 Mar 2018 23:46:00 91 0

Bir kəndə ildırım kimi düşən faciə: “Ataanasını öpmədən evdən çıxmazdı”

Müşfiq ailənin tək oğul övladı olub. Üç bacının tək qardaşı, ata-anasının ümidi idi. Atası bu yaxınlarda evləndirəcəkdi. Bütün arzuları ürəklərdə qoyub getdi.

Söhbət dünən Şabranda baş vermiş intihar hadisəsindən gedir. Gəndob kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu elə atasının gözü qarşısında özünü güllələyərək öldürüb.

Son.az lent.az-a istinadən xəbər verir ki, Gəndoba çatanda Müşfiq artıq dəfn olunmuşdu. Onun ölümü sevənlərini yasa boğmuşdu. Qonşular da hadisənin şokundan çıxa bilməmişdilər.

Bizi kəndin icra nümayəndəsi Cavanşir müəllim qarşıladı. Müşfiqin atasının və anasının gecə səhərə qədər yatmayıb ağladıqlarını, ruhi sarsıntı vəziyyətində olduqlarını deyərək, onların bu hadisə ilə bağlı danışmaq iqtidarında olmadıqlarını və jurnalistlərlə görüşmək istəmədiklərini dedi. Anlayışla qarşıladıq. Ailənin faciəsini başa düşür, övlad itirməyin acısını dərk edir, hörmətlə yanaşırıq.

Cavanşir müəllim deyir, Müşfiq elə-belə oğul deyildi: "Çox tərbiyəli, gənclərə nümunə idi. Ata-anasını öpmədən evdən çıxmazdı. Mehriban idi. Ali təhsil almasa da, yüz ali təhsilliyə dəyərdi. Ağıllı uşaq idi. Pul desəm? Müşfiqin işləməyə belə ehtiyacı yox idi. Mənsur kişinin bütün malı-mülkü Müşfiqin idi".

Müşfiqdən danışdıqca Cavanşir müəllimin gözləri yaşarır.

"Bəs bu gənci canına qəsd etdirən səbəbi nədir?" sual qarşısında Cavanşir müəllim də aciz qalır. Əllərini göyə açıb çiyinlərini çəkir:

- Allah bilir... Müşfiqin nəyi çatışmırdı ki? Hər şeyi vardı.

- Sevdiyi qız vardı?

- Bilmirəm, qızım, bilmirəm.

İlkin məlumata görə, Müşfiq intiharını əvvəlcədən planlaşdırıb. Doğum gününü qeyd edəndən sonra evdəki ov tüfəngini başına dirəyən Müşfiqi atasının yalvarışları da fikrindən döndərə bilməyib. Yaşlı adam gözünün ağı-qarası tək oğlunu dilə tutsa da, Müşfiq atasının gözü önündəcə özünə atəş açıb. Yerindəcə keçinən gənc ölməmişdən əvvəl atasında halallıq da istəyib.

Ata-anasını sevən, kənd camaatının diliylə desək, sakit, tərbiyəli, böyük sözü eşidən bu gənci özünü öldürməyinə vadar edən səbəb nə olub?

Bunu zaman və istintaq aydınlaşdıracaq. Bizə isə bu məsum gəncin ruhuna dua etmək qalır. Allah rəhmət eləsin...

Ayran haqqında bunları bilirdinizmi? like
  • 13 Mar 23:45  
Digərləri Ayran haqqında bunları bilirdinizmi?

Ayranın yaranma tarixi çox maraqlıdır. Belə ki, göytürklər zamanında tu

arrow Ətraflı
"Artıq Türk Birliyinin qurulması şərtdir" like
  • 13 Mar 23:43  
Siyasət "Artıq Türk Birliyinin qurulması şərtdir"

"Türkiyə terrorla və terrora dəstək verən ölkələrə qarşı təkba

arrow Ətraflı
Polis Akademiyasında fəlsəfə doktoru hazırlanacaq like
  • 13 Mar 23:41  
Digərləri Polis Akademiyasında fəlsəfə doktoru hazırlanacaq

Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasını

arrow Ətraflı
Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır like
  • 13 Mar 23:38  
Digərləri Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır

Beynəlxalq tədqiqat qrupu televizor qarşısında gündə 4 saatdan çox vaxt

arrow Ətraflı
Azərbaycan neftinin bir bareli 66 dollara satılır like
  • 13 Mar 23:36  
Digərləri Azərbaycan neftinin bir bareli 66 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Bu bitkini evdə saxlamayın! like
  • 13 Mar 23:35  
Digərləri Bu bitkini evdə saxlamayın!

Belə hesab olunur ki, evdə bitkilərin olması insan sağlamlığı üçün ç

arrow Ətraflı
Bakıda qız özünü bıçaqladı like
  • 13 Mar 23:34  
Digərləri Bakıda qız özünü bıçaqladı

Nəsimi rayon polis idarəsinin əməkdaşları gənc qızın naməlum şəraitd

arrow Ətraflı
Bakıda liftdə köməksiz qalan 2 nəfər xilas edilib like
  • 13 Mar 23:30  
Digərləri Bakıda liftdə köməksiz qalan 2 nəfər xilas edilib

Paytaxtda liftdə köməksiz qalan 2 nəfər xilas edilib

arrow Ətraflı
22 yaşlı model okean sahilində  FOTO like
  • 13 Mar 23:30  
Digərləri 22 yaşlı model okean sahilində FOTO

Britaniyada populyar "Love Island" realiti-şousunun ulduzlarından ol

arrow Ətraflı
Ölüm düşərgəsinin mühasibi vəfat etdi like
  • 13 Mar 23:25  
Dünya Ölüm düşərgəsinin mühasibi vəfat etdi

Almaniya prokurorluğunun bildirdiyinə görə, Osvensim ölüm düşərgəsind

arrow Ətraflı
Bu, günahdır... like
  • 13 Mar 23:20  
Digərləri Bu, günahdır...

Sevmək, simpatiya bəsləmək - qəlblə bağlı olan bir məsələdir. Zahirə

arrow Ətraflı
Duzlu yeməyin zərərləri like
  • 13 Mar 23:15  
Digərləri Duzlu yeməyin zərərləri

Çox duzlu qidalar qəbul etmək beyin qanaması və qan-damar xəstəlikləri r

arrow Ətraflı
Məşhur pəhləvanın ixlaslı ehsanı like
  • 13 Mar 23:10  
Digərləri Məşhur pəhləvanın ixlaslı ehsanı

Vəli Puriyayi məşhur güləşçi olmuşdur. O, şəhərləri gəzir və hər

arrow Ətraflı
10 sağlamlıq problemini həll edən like
  • 13 Mar 23:05  
Digərləri 10 sağlamlıq problemini həll edən

Hələ dahi Hippokrat yulafın faydalı və müalicəvi xüsusiyyətlərini yük

arrow Ətraflı