Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır


Digərləri 13 Mar 2018 23:38:00 312 0

Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır

Beynəlxalq tədqiqat qrupu televizor qarşısında gündə 4 saatdan çox vaxt keçirməyin, kişilərdə yoğun bağırsaq xərçəngi riskini 35 faiz artırdığını müəyyən edib.

Son.az oxu.az-a istinadən bildirir ki, Oksford Universiteti, London imperial kolleci və Xərçəngin tədqiq olunması üzrə beynəlxalq agentliyin alimləri belə bir nəticəyə gəlib.

Sözü gedən onkoloji xəstəlik adətən yüksək kalorili dieta ilə əlaqali olur.

Mütəxəssislər 6 il ərzində yarım milyona yaxın insanla əlaqədar toplanmış məlumatları təhlil edib. Araşdırmaya görə, uzun müddət televizoru seyr edən kişilərin yoğun bağırsağında bədxassəli şişin formalaşması riski 3 dəfə artıq olur, qadınlarda isə xərçəng riskini 11 faiz artırır.