Bu, günahdır...


Digərləri 13 Mar 2018 23:20:00 271 0

Bu, günahdır...

Sevmək, simpatiya bəsləmək - qəlblə bağlı olan bir məsələdir. Zahirən, ixtiyarsız ola bilir. Amma mömin bunu iradəsinə tabe etdirməlidir. Çünki, bu simpatiya insanı harama tərəf çəkər. İnsan çalışar ki, onunla rabitə qursun və söhbət etsin. Ona baxmaqdan ləzzət alsın. Bu, günahdır.

Bu barədə bəzi tövsiyələrə diqqət edək:

1. Əgər kiminsə bir başqasını sevməsi evlənmək niyyətilə olarsa, gərək dərhal evliliyin zəminələrini hazır etsin. Münasib yolla elçiliyə gəlsin və bu məsələni dini və ürfi qaydada həll etməyə çalışsın. Son.az deyerler.org-a istinadən bildirir ki, ancaq əgər evlənmək niyyəti yoxdursa, bu sevgi onu Allahdan qafil edəcəkdir, zehni, fikiri giriftarlıqlar yaradacaqdır. Gərək təcili öz hisslərini nəzarətə alsın. Qiyamətin dəhşətini göz önünə gətirib, aqibətini məhv olmaqdan xilas etsin.

2. Kimisə nəticəsiz sevmək - get-gedə insanı o kəsə bağlayar və insan ifrat şəklində həmin kəsdən asılı olar. Bu hal da ciddi ruhi sarsıntıya, depressiyaya gətirib çıxardar ki, insana mənfi nəticələr gətirər. Ruhi xəstəliklər isə insanın izzət və şəxsiyyətini məhv edər.

3. Naməhrəmə evlənmək hədəfi olmadan simpatiya bəsləmək insanı şeytanın tələsinə salacaq və onu şeytani xəyallara aparacaq. İnsan iradəsiz və süst bir durumda olaraq, mənliyini itirmək təhlükəsi ilə üz-üzə qalacaq.