Bakıda liftdə köməksiz qalan 2 nəfər xilas edilib


Digərləri 13 Mar 2018 23:30:00 221 0

Bakıda liftdə köməksiz qalan 2 nəfər xilas edilib

Paytaxtda liftdə köməksiz qalan 2 nəfər xilas edilib

Bakı. Paytaxtda liftdə köməksiz qalan 2 nəfər xilas edilib. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək edib.