Məşhur pəhləvanın ixlaslı ehsanı


Digərləri 13 Mar 2018 23:10:00 239 0

Məşhur pəhləvanın ixlaslı ehsanı

Vəli Puriyayi məşhur güləşçi olmuşdur. O, şəhərləri gəzir və hər diyarın pəhləvanı ilə güləşdirdi. O, bu cür yaşayırdı. Bir gün İsfahana gəldi ki, buranın pəhləvanı ilə mübarizə etsin.

Son.az deyerler.org-a istinadən bildirir ki, güləşməzdən əvvəl Puriyayi İsfahanın küçələrində gəzirdi. Bir qoca qarıya rast gəldi ki, camaata halva paylayırdı və deyirdi ki, bu halvanı nəzir etmişəm.

Puriyayi ondan soruşur: "Anacan, bu nəziri nə üçün etmisən?".

Qadın dedi: "Oğlum bu şəhərin məşhur pəhləvanıdır. Ailənin dolanışığını bu yolla əldə edir. Bu gün güləşi olacaqdır, ona görə nəzir etmişəm ki, qalib gəlsin, bizim də ruzimiz kəsilməsin".

Qarının bu sözləri Vəliyə təsir qoydu. Bilmirdi ki, nə etsin?