Alimlər xərçəngin əsl səbəbini


Digərləri 13 Mar 2018 23:02:00 245 0

Alimlər xərçəngin əsl səbəbini

Belə hesab olunur ki, xərçəngin əsas səbəbi hüceyrələrdə müxtəlif təsirlər nəticəsində (ətraf mühit, yaşam tərzi, genetik meyl və s.) inkişaf edən mutasiyalardır.

Lakin Şotlandiya alimlərinin yeni araşdırması göstərib ki, bu əsl səbəb deyil. Dandi Universisteti alimlərinin fikrinə görə, xərçəngin əsas səbəbi immun sisteminin qocalmasıdır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, Fransa və Böyük Britaniya alimləri birgə araşdırma aparıb. Onlar 2 milyon xərçəng xəstəsi haqqında məlumatları təhlil edib və belə nəticəyə gəliblər ki, immun sisteminin yaşla bağlı zəifləməsi xərçəngin əsas səbəbi kimi qiymətləndirilə bilər.

İmmun sisteminin qocalması çəngəlvari vəzin (timus) qocalması ilə bağlıdır. Məhz burada T-huceyrələr əmələ gəlir ki, bu hüceyrələr qanda dövr edərək yad agentləri (mikrob, virus və s.) və orqanizmin mutasiyaya uğramış hüceyrələrini (xərçəng hüceyrələri) məhv edir. Xərçəng hüceyrələri insan orqanizmində daim yaranır və məhz immun sistemi onların çoxalmasının və nəticədə xərçəng şişinin  əmələ gəlməsinin qarşısını alır.