"Bavariya"nın baş məşqçisi Yup Haynkes İstanbulda mətbuat konfransı keçirib


Digərləri 13 Mar 2018 22:23:26 164 0

"Bavariya"nın baş məşqçisi Yup Haynkes İstanbulda mətbuat konfransı keçirib

Konfransda jurnalistləri maraqlandıran suallar cavablandırılıb

İstanbulun "Wodafone Park"ında Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü ərəfəsində "Bavariya" klubunun baş məşqçisi Yup Haynkesin mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, mətbuat konfransında komandanın yarımmüdafiəçisi Tomas Müller də iştirak edib.

Konfransda jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, komanda eyni zamanda bu gün oyunöncəsi məşq də keçirib.

Sabah "Wodafone Park"da "Beşiktaş" - "Bavariya" matçı keçiriləcək. Matçı ingiltərəli baş hakim Maykl Oliver idarə edəcək.