Səhlə məscidində İmam Məhdi ilə görüş


Digərləri 13 Mar 2018 22:40:00 230 0

Səhlə məscidində İmam Məhdi ilə görüş

Son.az deyerler.org-a istinadən bildirir ki, Mərhum Mirzə Qumi öz xatirələrində yazır: "Əllamə Seyyid Məhdi Bəhrul-ulum ilə birlikdə Baqir Behbaninin dərslərinə gedirdik. Bir qədər təhsil aldıqdan sonra mən ölkəyə qayıtdım. Bir müddət sonra Bəhrul-ulum alimlər arasında mənəvi əzəmətə malik olan bir insan kimi məşhur oldu.

Mən çox təəccüb etdim və öz-özümdə dedim ki, axı onda belə bir istedadlar yox idi. Nəcəfi-Əşrəfə gəldim və Bəhrul-ulumla görüşdüm. Elmi məclisdə onun çıxışlarını eşitdim və elm dənizindən xəbərdar oldum.

Bir gün xəlvətdən ondan soruşdum: "Ağacan! Biz ki, bir yerdə idik və o zaman sizin bu cür istedadlarınız yox idi. Bəlkə dərslərdə məndən istifadə edərdiniz. Ancaq indi görürəm ki, elmdə yüksək səviyyəyə çatmısınız. Səbəbi nədir?".

Buyurdu: "Mirzə Əbul-Qasim! Sənin sualının cavabı sirdir. Ancaq sənə deyəcəyəm. Lakin bir xahişim vardır ki, hələ ki, sağam onu heç kəsə deməyəsən".

O, danışmağa başladı: "Bir gecə Səhlə məscidinə getmişdim. Gördüm ki, İmam Zaman ağa (ə.f) ibadətlə məşğuldur. Dayanıb, salam verdim. Mənim salamıma cavab verdi və buyurdu: "Məhdi, gəl!".