ABŞ kəşfiyyat idarəsinin yeni rəhbəri işgəncələrdə iştirak edib


Dünya 13 Mar 2018 22:24:00 267 0

ABŞ kəşfiyyat idarəsinin yeni rəhbəri işgəncələrdə iştirak edib

ABŞ-ın yeni təyin olunmuş mərkəzi kəşfiyyat idarəsinin rəhbəri terrorda şübhəli bilinən insanlar üzərində işgəncələrdə iştirak edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden "Twitter" hesabında məlumat paylaşıb.

"Mərkəzi kəşfiyyat idarəsinin yeni direktoru şübhəlilərə işgəncələrin verilməsində aparıcı rolu oynayıb...Onun adı son dərəcə məxfi əmrdə qeyd olunub. Həmin əmrə görə, Konqresə çatmasın deyə işgəncələr barədə bütün məlumatlar məhv edilməli idi" deyə Snouden qeyd edir.

"New York Times"da dərc olunan məqaləyə görə, 2002-ci ildə Cina Haspel  terrorda şübhəli bilinən iki nəfər üzərinə işgəncələri müşahidə edib, daha sonra qəddar dindirilmə prosesinin video kassetlərinin məhv edilməsində iştirak edib.