Bu küçələrdə hərəkət məhdudlaşdırılır – XƏRİTƏ


Digərləri 13 Mar 2018 22:17:00 218 0

Bu küçələrdə hərəkət məhdudlaşdırılır – XƏRİTƏ

Paytaxtın Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıacaq

Bakı. Paytaxtın Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar olaraq 14, 15, 16 mart tarixlərində gecə saat 00:00-dan səhər saat 06:00-a qədər Ş.Qurbanov küçəsinin S.Əsgərova küçəsi ilə kəsişməsindən M.Füzuli küçəsinə qədər, M.Füzuli küçəsinin Ş.Qurbanov küçəsi ilə kəsişməsindən N.Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıacaq. Bu barədə Trendə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.