Elektromobili 10 dəqiqəyə doldurmaq mümkün olacaqmı?


Digərləri 13 Mar 2018 22:05:00 316 0

Elektromobili 10 dəqiqəyə doldurmaq mümkün olacaqmı?

Elektrik avtomobilinizin batareyasını bir neçə dəqiqəyə, smartfonunuzu isə bir neçə saniyəyə doldura biləcəyinizi təsəvvür edə bilərsinizmi?

Karbon superkondensatorların enerji toplamaq gücünü artıran yeni material aşkar edildiyini bildirən tədqiqatçılar inanırlar ki, yaxın gələcəkdə bu, belə də olacaq.

Böyük həcmdə elektrik enerjisini toplayıb-boşaldan superkondensatora bəzən ultrakondensator da deyilir.

Superdielectrics Ltd şirkətinin direktoru doktor Donald Highgate Britaniyanın Bristol və Surrey universitet qrupları ilə birgə yeni polimer materialdan superkondensatorların hazırlanması üzərində işləyir.

Alimlər ümid edir ki, superkondonsatorlar yaxın gələcəkdə ənənəvi litium-ion batareyalarını əvəz edə biləcək.

Lakin hələlik supekondensatorlar böyük enerji həcmlərini yalnız çox qısa zaman kəsiyi üçün təmin edə bilir - misal üçün avtomobilin mühərriki işə düşəndə və ya qatarın sürətini artırmaq lazım gələndə.

Eyni zamanda superkondensatorlar nəqliyyat vasitələrinin dayanması və ya tormozlanması zamanı enerji artığının toplanmasını təmin etdiyinindən elektrik avtomobillərin mühüm komponentinə çevrilib.

Elektrik avtomobili 10 dəqiqəyə doldurmaq mümkün olacaqmı?

Elektrik enerjisini paylayan şəbəkələrdə həmin supekondensatorlar pik saatlarında enerji paylaşımını balanslı şəkildə həyata keçirməyə imkan verir.

Cənubi Koreya paytaxtı Seulda 2020-ci il üçün supekondensatorlarla təchiz olunmuş şəhər avtobuslarının sayının 3500-ə çatacağı gözlənilir.

Belə avtobuslardan hazırda Çinin Şanxay şəhərində də istifadə olunur.

Peugeot Citroen avtomobil şirkəti istehsal etdiyi avtomobillərdə 2010-ci ildən başlayaraq superkondensatorlardan istifadə edir.

Həmin cihazları buraxan Maxwell Technologies şirkəti bildirib ki, belə superkondensatorlarla milyondan çox avtomobil təchiz olunub.

Lakin hələlik litium-ion batareyaları ilə müqayisədə superkondensatorların enerji sıxlığı göstəricisi litium-ion batareyaları ilə müqayisədə xeyli aşağıdır.

Britaniyanın Milli Fizika Laboratoriyasının əməkdaşı Gareth Hinds-in qeyd etdiyi kimi, hər kiloqram çəkiyə düşən enerji miqdarını göstərən həmin parametr superkondensatorun böyük həcmdə enerjini uzun müddət ərzində saxlama qabiliyyətini müəyyən edir.