"Türk serialları “mavilərin” doğulmasına yol açır"


Digərləri 13 Mar 2018 21:55:00 364 0

"Türk serialları “mavilərin” doğulmasına yol açır"

Daşkəndin "Mirzə Yusuf" məscidinin imamı Rəhmətulla Sayfuddinovun martın 2-də cümə xütbəsində səsləndirdiyi fikirlər ölkədə geniş rezonans doğurub. imam kişilərin ginekoloq olmasına qarşı çıxıb, Türkiyə seriallarının Özbəkistan xalqının milli dəyərlərinə xələl gətirdiyini bildirib.

Xütbə zamanı imam bildirib ki, "cinsi əlaqə zamanı ərləri barədə deyil, türk seriallarının qəşəng aktyorları barədə düşünən qadınlardan homoseksual uşaqlar doğulur"

Son.az iuvmpress.com-a istinadən bildirir ki, imamın bu qalmaqallı bəyanatı, ölkə mətbuatında Türkiyə seriallarına qarşı amansız kampaniyanın getdiyi bir vaxta təsadüf edib.

Ötən ay "ZOR TV" özəl telekanalı təzyiqlər altında məşhur "Kara Sevda" türk serialının yayımı dayandırmalı olub.

Özbəkistanın mətbuat və informasiya agentliyi nəzdində fəaliyyət göstərən KİV-in monitorinq mərkəzi belə bir nəticəyə gəlib ki, bu serial milli mentalitet və ənənələrə, həmçinin özbəklərin ailə dəyərlərinə ziddir.