Salavatı duanın harasında demək lazımdır?


Digərləri 13 Mar 2018 21:40:00 246 0

Salavatı duanın harasında demək lazımdır?

Heç bir dua səmaya qalxmaz, məgər o halda ki, salavatla birlikdə olar.

Salavat - axirətdə ən yaxşı əməllərdəndir və duanın həyata keçməsi şərtlərindəndir. Həzrət Peyğəmbər (s) buyurur: "Axirətdə ən yaxşı əməl üç şeydir:

1. Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərmək.

2. Susuzlara su vermək.

3. Əli ibn Əbutalibi (ə) sevmək".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərin. Çünki o zaman ki, Həzrət Muhəmmədi (s) yada salırsınız, ona dua edirsiniz və onu qorumaqda səy göstərsiniz, Allah Təala dualarınızı qəbul edəcəkdir".

Duanın yerinə yetirilməsi və əməlin paklanması salavata bağlıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Sizin mənə salavat göndərməyiniz duanızın qəbul olmasına və əməllərinizin pakizə olmasına səbəb olar".

Salavat - rəhmətin nişanələrindəndir. İmam Sadiq (ə) buyurur: "Allah tərəfindən olan salavat - rəhmətdir, mələklər tərəfindən olan - pak etmək və insanlar tərəfindən olan - duadır".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim deyər: لا اله الا الله وحده لا شریک له . اللهم صل على محمد و آل محمد "Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu. Əllahummə salli alə Muhəmmədin və Ali-Muhəmməd"

onun ağzından yaşıl quş çıxar və onun iki qanadı olar - mirvari və yaqutdan. O zaman ki, iki qanadını açar - şərqə və qərbə çatar. O quşdan səs eşidilər. Allah Təala o quşa buyurar: "Məni mədh etdin, Peyğəmbərimi (s) mədh etdin, indi sakit ol".

O quş deyər: "Necə sakit olum ki, Sən

لا اله الا الله ("Lə iləhə illəllah")

deyəni bağışlamadın?

Xitab gələr: "Sakit ol, Mən onu bağışladım".

Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir: "Quranda iki ayə vardır ki, mən nə qədər onu başa düşməyə çalışıramsa, alınmır".

Həzrət (ə) buyurur: "Hansı ayə?".