Qulaqcıq vasitəsilə kompüteri “sındırmağın” yolu tapıldı


Digərləri 13 Mar 2018 21:41:00 262 0

Qulaqcıq vasitəsilə kompüteri “sındırmağın” yolu tapıldı

İsrailin David Ben-Qur adına universitetindən olan tədqiqat qrupu qulaqcıq və dinamiklər vasitəsilə kompüterin əməliyyat sisteminə müdaxilə üzrə eksperiment aparıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Bleeping Computer" məlumat yayıb.

Mütəxəssislərin "Mosquito" adlandırdığı kiberhücum üsuluna görə, kompüter, audio çıxışları reversiya edə bilən xüsusi virusa yoluxur.

Yoluxmuş kompüter dinamik və qulaqcıqları eyni vaxtda həm səsli informasiya ötürücülərinə, həm də mikrofona çevirir.