İlham Rəhimov pullarını götürüb


Digərləri 13 Mar 2018 21:43:00 268 0

İlham Rəhimov pullarını götürüb

İlham Rəhimov pullarını götürüb Rusiyanı tərk etdi Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu, azərbaycanlı oliqarx-milyarder İlham Rəhimov bu ölkədəki kommersiya daşınmaz əmlak biznesini tərk edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Rəhimov "Kiyevskaya ploşad" şirkətlər qrupundakı payını başqa şəxsin adına keçirib. 500 milyon dollar həcmində qiymətləndirilən səhmlərin yeni sahibi Rəhimovun Azərbaycanda qeydiyyatdan keçmiş "Fina" hüquq şirkətindəki tərəfdaşı olub.

Belə məlum olur ki, İlham Rəhimovun Rusiyanın ən iri rantye şirkətlərindən birindəki səhmləri Azərbaycandakı partnyorunun adına keçirməsi ABŞ Maliyyə Nazirliyi tərəfindən yanvar ayında "Kreml siyahısı"nın açıqlanmasından dərhal sonra baş verib. "Kreml siyahısı" yanvarın 29-a açıqlanıb. Bu siyahıya Kremlə yaxın oliqarxların da adı daxil edilib. Siyahıda azərbaycanlı milyarderlər Vahid Ələkbərov, Qod Nisanov, Zarah İliyev, Fərhad Əhmədov və Araz Ağalarov da yer alırdı. Lakin maraqlıdır ki, "Kiyevskaya ploşad" şirkətlər qrupunda İliyev və Nisanovla ortaq olan İlham Rəhimovun adı "Kreml siyahısı"ında yer almırdı.