Boy uzatma dələduzluğu: İnternetdə


Digərləri 13 Mar 2018 21:21:00 314 0

Boy uzatma dələduzluğu: İnternetdə

Boylarının qısa olması bir çox hallarda insanlarda kompleksə çevrilir. Elə buna görə də bunu aradan qaldırmaq üçün müxətlif vasitələrdən istifadə edirlər. Sosial şəbəkələrdə peyda olan bəzi işbazlar isə bunu fürsət bilib həmin insanları hədəfə alıblar. Onlar 6 aya insanların boyunu 12 santimetr uzadacaqlarını bildirirlər. Hər nə qədər real görünməsədə onlara inanıb aldananlar da az deyil.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bəzi hərəkətləri evdə etməklə boyu 12 sm -ə qədər uzatmağın mümkün olduğu iddia edilir.Hətta bəzi sosial şəbəkələrdə nəticənin ilk həftədən də təsir edəcəyi deyilir.

Proqram paketi pullu təklif olunur. Hətta daha inandırıcı etmək üçün üzü bağlı insanların müqayisəli şəkilləri də paylaşılır.

Səhifədə yazılanlara inansaq 50 manata 12 sm boyumuz uzana bilər .Pul isə ilk gündən ödənməldiir.

Maraqlısı budur ki, bunun üçünsə heç bir müayinə və analiz tələb etmirlər. Bu proqramlar hər nə qədər də inandırıcı görünməsə də, boy uzatmaq üçün müraciət edənlər də az deyil.

Mütəxəsislər isə tibbi cəhətdən bu iddiaların əsassız olduğunu deyirlər. Evdə hər hansısa hərəkətləri etməklə boy uzatmaq mümkün deyil


Xəbərə aid video