6 növ qurdun ocaqları aşkarlandı


Digərləri 13 Mar 2018 21:22:00 306 0

6 növ qurdun ocaqları aşkarlandı

Azərbaycanda sağlamlığa ciddi təhlükə törədən qurdların ocaqları aşkarlanıb. Zoologiya instutunun əməkdaşlarının cənub bölgəsində apardıqları araşdırmalar nəticəsində insana yoluxma ehtimalı böyük olan 2 qurd növü tapılıb. Bu qurdlar əsasən ev heyvanları vasitəsilə insana keçir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanın cənub bölgəsində insanların sağlamlığına ciddi təhlükə törədə biləcək 2 yeni qurd növü aşkarlanıb. Zoologiya İnstutunun əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində bu bölgədə ümumilikdə 6 yeni qurd növü müəyyən edilib ki, onlardan 2-si insan bədənində də yaşaya bilir.

İnstitutun şöbə müdiri Vüsalə Nərimanovanın sözlərinə görə, bu qurdlar əsasən gəmiricilərdə formalaşır və onların vasitəsilə yayılır.

Bu qurdlar insanlara əsasən ev heyvanları vasitəsilə keçə bilər və həmin insanlarda bəzi simptomlar müşahidə edilir.


Xəbərə aid video