Rusiyada rüşvətxorluq 2017ci ildə üçqat artıb


Dünya 13 Mar 2018 21:25:00 253 0

Rusiyada rüşvətxorluq 2017ci ildə üçqat artıb

Rusiya Milli Antikorrupsiya komitəsi ötən il ölkədə ödənilmiş rüşvətin ümumi miqdarının üçqat artaraq $119 milyona çatdığını bildirib.

Korrupsiya əleyhinə Transparency International beynəlxalq təşkilatın qlobal rüşvətxorluğa dair təhlilində qeyd olunduğu kimi, 2017-ci ildə Rusiyada hər 3 vətəndaşdan biri dövlət qulluqçularına göstərilən xidmətə görə rüşvət ödəyib.

Son.az BBC-yə istinadən bildirir ki, Transparency International Rusiya təşkilatının son Korrupsiya Qavrama İndeksi sıralamasında Rusiya 180 ölkə arasında 135-ci yeri tutub.

"2017 -ci ildə verilmiş rüşvətin ümumi miqdarı 6,7 milyard rubl ($119 milyon) təşkil edib," - RIA Novosti xəbər agentliyi Antikorrupsiya Bülleteninə istinad edərək bildirib.