Sumqayıtda yeni dəniz limani tikilir VİDEO


Digərləri 13 Mar 2018 21:11:00 239 0

Sumqayıtda yeni dəniz limani tikilir  VİDEO

Sumqayıt şəhərində sosial infrastruktur layihələri uğurla icra olunur. Şəhərin dənizkənarı bulvar ərazisində gəmi limanının tikintisi artıq yekunlaşıb. Yaxın vaxtlarda limana səyahət üçün yeni gəmi gətiriləcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Sumqayıt sakinləri gəmi ilə dəniz səyahətinə çıxa biləcəklər. Bunun üçün Dənizkənarı bulvar ərazisində yeni estakada qurulub.

Bu bulvarın digər parklardan fərqli olaraq çimərliyə birbaşa çıxışı var. Sahəsi 12 hektar olan çimərlik zonasında istirahət üçün hər cür şərait yaradılıb.

Dəniz limanının dalğalardan qorunması üçün sahilbərkitmə işləri göürülüb. Limanın əsas hissəsi 700 diametrli borulardan ibarətdir. Ərazidə istinad divarları çəkilib.