Bakıda İpək Yoluna Dəstək Qrupunun konfransı keçirilir VİDEO


Digərləri 13 Mar 2018 21:12:00 263 0

Bakıda İpək Yoluna Dəstək Qrupunun konfransı keçirilir  VİDEO

Bakıda daha bir mötəbər beynəlxalq konfrans keçirilir. Konfrans ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupu tərəfindən, "İpək yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda təşkil edilib. Tədbirdə Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsinin inkişafına verdiyi töhfə yüksək qiymətləndirib. Bildirilib ki, Azərbaycan ipək yolunun işlək olması üçün praktik addım atan ölkədir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, layihələrin icrasi üçün dayanıqlı siyasi və makroiqtisadi sabitlik təmin olunmalıdır. Azərbaycan bu sahədə artıq özünü doğruldub.Bunu ATƏT Parlament Assambleyasının "ipək yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir qeyd edib ki, məqsəd Azərbaycanı yeni logistika qovşağı kimi təbliğ etməkdir. İpək yoluna dəstək qrupu önəmli təşəbbüsdür. Qrup nə qədər fəal olsa, daha da böyüyə bilər. Bu, regional infrastruktur sahəsində vacib platformadir və nəqliyyat dəhlizlərinin güclənməsi üçün vacib rol oynayir"-deyə nazir vurğulayıb.

Millət Məclisin sədr müavini, Azərbaycanin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın sözlərinə görə, Azərbaycanın təsəbbüsü ilə İpək Yoluna Dəstək Qrupunun yaradılması istiqamətində çox böyük işlər görülüb. Biz İpək Yolunun işlək yola çevrilməsi üçün praktik addım atan ölkəyik.