İcra başçısından Bayılda sakinlərə veriləcək


Digərləri 13 Mar 2018 21:13:00 228 0

İcra başçısından Bayılda sakinlərə veriləcək

Bayıl sürüşmə sahəsində tikilən 98 evdən yalnız birinin sənədi olub. Bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sakinləri ilə görüşdə deyib. O bildirib ki, həmin ərazidə evlərin qanunsuz tikintisinə icazənin verilməsi ilə bağlı artıq Bakı Şəhər Prokurorluğuna müraciət edilib. İcra başçısı deyib ki, mənzilləri təhlükəli ərazidə yerləşməyən sakinlərin öz evlərində yaşamalarına imkan verilə bilər. Bu alim və mütəxəssislərin rəyindən asılı olacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Bayıl sürüşmə sahəsində evləri dağılan, qəzalı vəziyyətə düşən sakinlərə kompensasiya verilməsinə baxılır. Ən qısa zamanda həmin ərazidən köçürülən sakinlərə veriləcək kompensasiyanın məbləği açıqlanacaq. Bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə sahəsində yaşayan sakinlərlə görüşdə deyib.

Bayıl sürüşmə sahəsindəki 98 evdən yalnız birinin sənədinin olduğunu deyən Eldar Əzizov qeyd edib ki, həmin ərazidə evlərin qanunsuz tikintisinə icazənin verilməsi ilə bağlı artıq Bakı şəhər prokurorluğuna müraciət edilib.