Bakıda 5 gündür hədiyyənin sahibini axtarır VİDEO


Digərləri 13 Mar 2018 21:16:00 268 0

Bakıda 5 gündür hədiyyənin sahibini axtarır  VİDEO

Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan Kamil Hüseynov adlı şəxs hər kəsə nümunə olacaq bir addım atıb. O, günlərdir maşınında unudulan planşetin sahibini axtarır. Ancaq onun axtarışları hələ də nəticə verməyib. Məlum oldu ki, maşında unudulan planşet 8 mart məqsədi ilə kiməsə hədiyyə alınıb və həmin gün də sahibinə təqdim edilmədən itirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 8 martda hədiyyə etmək üçün aldığı planşeti taksidə unutdu. Ancaq taksi şoferi həmin nə satıb nə də istifadə edib.

Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan Kamil Hüseynov maşınında unudulan hədiyyənin sahibini tapmaq üçün "XəzərXəbər"ə müraciət edib. O, artıq 5 gündür ki, həmin hədiyyəni maşında unudan şəxsi axtarır. Onun axtarışları hələ də nəticə verməyib.


Xəbərə aid video