Məsumlar bayramları necə keçirərdilər?


Digərləri 13 Mar 2018 21:20:00 204 0

Məsumlar bayramları necə keçirərdilər?

O zaman ki, Məsumlar (ə) hansısa bayrama hazırlaşırdılar, proqramları olurdu ki, ona əməl edirdlər.

Onların proqramları ilə biz də tanış olaq:

1. Təkbir deyərdilər. Həzrət Peyğəmbər (s) buyurur: "Bayramlarınızı "Allahu Əkbər!" deməklə zinətləndirin".

2. Pakizə paltar geyinmək. İmam Sadiq (ə) buyurur: "Lazımdır ki, mömin insan Qədir-Xum günündə ən pakizə və ən münasib paltarını geyinsin".

3. Təbəssüm və gülümsəmək. Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Peyğəmbərin (s) gülməyi elə təbəssüm etməsi idi. Bir gün ənsar cavanların yanından keçirdi ki, ağızlarını açıb gülürdülər. Həzrət (s) buyurdu: "Ölümdən ibrət alın ki, hər bir ləzzət və xoşluğu sındırandır"".

4. Təbrik demək. Təbrik demək - hər bir bayramın ən mühüm hissəsidir. Belə günlərdə Həzrət Peyğəmbər (s) insanlara buyurardı ki, təbrik etsinlər.

5. Şad etmək. İmam Sadiq (ə) buyurur ki, Qədir-Xum günü - şadlıq günüdür.

6. Dua və oruc. İmam Həsən Əsgəri (ə) buyurur: "Şəban ayının 3-də İmam Hüseynin (ə) mövlududur, oruc tutun və bu duanı oxuyun:

لّلهُمَّ انِّی اسْئَلُک بِحَقِ الْمَولُودِ فی هذا الْیوْم