Putinin daha bir rəqibi öldü


Dünya 13 Mar 2018 21:03:00 245 0

Putinin daha bir rəqibi öldü

Rusiya prezidenti Vladimir Putinə müxalif mövqedə olan siyasi xadim Nikolay Qluşkovun Londonda yaşadığı evdə meyiti aşkar edilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Qluşkov Putinə müxalif möveqdə olan, oliqarx Boris Berzovskinin silahdaşlarından biri idi. 68 yaşlı siyasətçinin meyiti ailə tərəfindən mənzilində aşkar edilib.

Nikolay Qluşkov "Aeroflot"un keçmiş baş direktoru vəzifəsində çalışıb. O, Berzovski ilə qanunsuz maliyyə sövdələşməsində ittiham olunaraq həbs edilib. Azadlığa çıxandan sonra İngiltərəyə köçüb. N.Qluşkov Berzovskinin işgəncə ilə öldürüldüyünü iddia edib və buna görə Rusiya hakimiyyətini günahlandırıb.