Hindistan Azərbaycana 200 milyon dollar investisiya qoyub


İqtisadiyyat 13 Mar 2018 19:47:27 210 0

Hindistan Azərbaycana 200 milyon dollar investisiya qoyub

AZPROMO-nun rəhbəri: "Azərbaycanda 15-dən çox Hindistan şirkəti fəaliyyət göstərir"

Bakı. 13 mart. REPORT.AZ/ "Azərbaycanda 15-dən çox Hindistan şirkəti fəaliyyət göstərir".

"Report" xəbər verir ki, bunu AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən Hindistan-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, Hindistan Azərbaycanın 15 ən böyük tərəfdaşından biridir: "Hindistan Azərbaycana 200 milyon dollar investisiya qoyub. Azərbaycanda hindistanlı iş adamları üçün şərait yaradılıb".