Türkiyəli mötəbər qonaqlar Musiqili Teatrda


Kriminal 13 Mar 2018 19:18:00 272 0

Türkiyəli mötəbər qonaqlar Musiqili Teatrda

Qurumun mətbuat xidmətindən bildirilib ki, bir çox ölkələrədə kifayət qədər populyarlıq qazanan, istedadlı kino və teatr aktyoru, "Kurtlar Vadisi"ndən "Ömər Baba" obrazı ilə yaddaşlarda iz salan Emin Olcay və Azərbaycan teatrlarında səhnəyə qoyulan "Uçqun", "Gözəlçələr", "Ziyarətçi", "Matryoşka" tamaşalarının müəllifi kimi adı çoxlarına tanış gələn, müasir türk yazıçı-dramaturqu Tuncər Cücənoğlu Musiqili Teatrın qonağı olub.

Mötəbər qonaqları Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib, səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Türkiyəli sənətkarlar teatrın yaranma tarixi, inzibati binası, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti və mövcud şəraiti ilə də yaxından tanış olublar.

Sonda Emin Olcay və Tuncər Cücənoğlu Musiqili Teatrın möhtəşəm səhnəsində quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan "Nuri-didə Ceyhun" (Ə.Əmirli) tamaşasının məşqlərinə baxıblar.


Xəbərə aid fotolar