"Keşlə"nin hücumçusu: "Bu hesab ədalətli sayılmalıdır"


İdman 13 Mar 2018 19:19:00 254 0

"Keşlə"nin hücumçusu: "Bu hesab ədalətli sayılmalıdır"

Topaz Premyer Liqasının 20-ci turunda "Keşlə" doğma meydanında "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Goal.az xəbər verir ki, oyundan sonra paytaxt klubunun hücumçusu Pərdis Fərcad-Azad jurnalistlərə müsahibə verib. 29 yaşlı futbolçu öncə oyun haqda danışıb:

"Bu gün yaxşı oynadıq. Qorxusuz çıxış etdik. İkinci hissədə meydanda daxil oldu. Oyunun nəticəsi ədalətli idi". 

- "Keşlə"nin şansları daha çox oldu...

- Bizim daha çox qol epizodumuz oldu. Rəqib də fərqlənmək üçün şanslar yaratdı. Lakin bu hesab da ədalətli sayılmalıdır. Ancaq bəxtimiz gətirmədi.

- İkinci hissədə meydanda tam fərqli "Keşlə" gördük. Baş məşqçi nə tapşırıqlar verdi ki, belə oldu?

- Mən paltardəyişmə otağında olmamışam, bilmirəm. Hesabda geri olduğumuz üçün irəli atıldıq. Komandamızda keyfiyyət var. Ancaq tam şəkildə göstərə bilmirik.

- Keyfiyyəti nümayiş etdirmək üçün nə çatışmır?

- Dəqiq bilmirəm. Amma çox çalışırıq. 100 faiz oturuşmamışıq.

- Oyuna daxil olandan sonra tez-tez mübahisə edirdin. Hakimliklə bağlı nə deyə bilərsən?

- Ömər Paşayevi tanıyıram, qardaşdır. Vernidub məni bir neçə dəfə itələyirdi. Lakin hakim oyunu saxlamadı. Oyunda hər şey olur. Etirazlar, gərginlik. Qalib gəlmək istədiyin üçün özündə olmursan. Anlayışla qəbul edirəm.