Prezident İlham Əliyev Gənclər Fondu Müşahidə Şurasının tərkibini təsdiqləyib


Digərləri 13 Mar 2018 18:06:00 168 0

Prezident İlham Əliyev Gənclər Fondu Müşahidə Şurasının tərkibini təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin: Müşahidə Şurasının sədri Məmmədəliyev Yusuf Ülfət oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Müşahidə Şurasının üzvləri Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Qurbanov Firudin İsa oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Kərimli Mətin İmdad oğlu - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri Seyidov Mirhəsən Mirheydər oğlu -“İrəli” İctimai Birliyinin sədri Hümbətov İlham Gürşad oğlu - “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini. “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 mart tarixli 2710 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 400) 1-ci hissəsi ləğv edilsin. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin