Donald Tramp: “Tillersonla İran məsələsində razılığa gələ bilmirdik”


Dünya 13 Mar 2018 17:55:41 234 0

Donald Tramp: “Tillersonla İran məsələsində razılığa gələ bilmirdik”

ABŞ prezidenti dövlət katibini vəzifəsindən azad etməsi ilə bağlı qərarını şərh edəkən belə deyib

“Tillersonla İranın nüvə məsələsində anlaşa bilmirdik”.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu tutduğu vəzifədən azad etməsi ilə bağlı qərarını şərh edəkən deyib.

“İranın nüvə məsələsi ayrılmağımızın qırılma nöqtəsi oldu. Pompeo ilə fikrimiz eynidir. Uzun zamandır bu məsələni müzakirə edirdik”, - o vurğulayıb.

“Reuters” Ağ evə istinadən bildirib ki, Donald Tramp Şimali Koreya ilə danışıqlar başlayanadək yeni komanda formalaşdırmaq istəyir.

Qeyd edək ki, Trampla Tillersonun Şimali Koreya və Qətərə münasibətdə də fikir ayırlıqlarının olduğu bildirilirdi.