Elmar Məmmədyarov Monteneqro parlamentinin sədri ilə görüşdü


Siyasət 13 Mar 2018 17:44:00 102 0

Elmar Məmmədyarov Monteneqro parlamentinin sədri ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Son.az Trend-a  istinadən xəbər verir ki, ölkəmizə səfərindən məmnunluğunu ifadə edən İ.Brayoviç Azərbaycan Prezidenti İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini bildirib.

İ.Brayoviç Azərbaycanın son illər ərzində artan nüfuzu, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi faktını diqqətə çatdıraraq ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun ilk beynəlxalq sessiyasının Bakıda keçirilməsinin önəmini vurğuladı və sessiya çərçivəsində keçirilmiş məhsuldar müzakirələrin dialoq və əməkdaşlığın inkişafına əsaslı töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycanla Monteneqro arasında dostluq əlaqələrinin konstruktiv dialoq və anlaşma mühitində yüksələn xəttlə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Bu xüsusda, iki ölkənin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə baxışlarının üst-üstə düşdüyü, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi bildirilərək Monteneqronun Avro-Atlantik təsisatlarda Azərbaycanın etibarlı tərəfdaşı olduğu diqqətə çatdırılıb. Monteneqronun Azərbaycanın Expo 2025 namizədliyinin dəstəkləməsinin təqdir olunduğu nəzərə çatdırılıb.

Azərbaycan və Monteneqro arasında dostluğun inkişafında parlament diplomatiyasının xüsusi rola malik olduğu qeyd olunub. Hər iki ölkənin parlament nümayəndə heyətlərinin Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulanıb. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb.

Monteneqro Parlamentinin spikeri ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəklədiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Minsk Qrupu çərçivəsində həllinin tərəfdarı olduğunu deyib.

Nazir E.Məmmədyarov Monteneqronun münaqişənin həllinə dair bu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. O, bütün beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəklədiyini diqqətə çatdırıb. Görüşdə iki ölkə arasında enerji, nəqliyyat, investisiya, turizm və təhsil sahələrində əməkdaşlıq məsələlərinə toxunulub. Nazir qonağa Cənub Qaz Dəhlizinin inkişafı, TANAP və TAP layihələri haqqında məlumat verdi və bu əsnada Monteneqro ilə əməkdaşlıq məsələlərini diqqətə çəkib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərə ətrafında müzakirələr aparılıb.

İnternat uşaqlarının Novruz şənliyindən heyrətamiz anlar  FOTOlar like
  • 13 Mar 17:36  
Digərləri İnternat uşaqlarının Novruz şənliyindən heyrətamiz anlar FOTOlar

Martın 13-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkan

arrow Ətraflı
Deputat: Ermənistan işğalçılıq siyasəti nəticəsində özü özünü təcrid edib like
  • 13 Mar 17:35  
Digərləri Deputat: Ermənistan işğalçılıq siyasəti nəticəsində özü özünü təcrid edib

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bütö

arrow Ətraflı
"Barcelona" prezidenti Neymarı istəmir like
  • 13 Mar 17:32  
İdman "Barcelona" prezidenti Neymarı istəmir

"Barcelona"nın prezidenti Xosep Bartomeu Neymarın kluba geri dönməsinə

arrow Ətraflı
Qar yolları iflic etdi  VİDEO  FOTO like
  • 13 Mar 17:32  
Digərləri Qar yolları iflic etdi VİDEO FOTO

Dünən günorta saatlarından başlayaraq Şamaxıya yağan qar və yolların b

arrow Ətraflı
Yasamalda mənzildən qadın meyiti tapılıb like
  • 13 Mar 17:23  
Digərləri Yasamalda mənzildən qadın meyiti tapılıb

Yasamalda mənzildən 69 yaşlı qadın meyiti tapılıb.

arrow Ətraflı
Bakının iki böyük qəsəbəsi arasında yeni yol salınır  FOTO like
  • 13 Mar 17:21  
Digərləri Bakının iki böyük qəsəbəsi arasında yeni yol salınır FOTO

Ramana-Maştağa yolu ilə "Ramana Qalası" Tarixi abidəni birləşdi

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 13 Mar 17:20  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Martın 14-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
"Azərişıq"dan bayram günlərində elektrik təchizatı ilə bağlı like
  • 13 Mar 17:19  
Digərləri "Azərişıq"dan bayram günlərində elektrik təchizatı ilə bağlı

"Azərişıq" ASC Novruz bayramı günlərində ehtiyat tədbirlərini

arrow Ətraflı
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə tarixdə ilk dəfə qadın rəhbərlik edəcək like
  • 13 Mar 17:17  
Digərləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə tarixdə ilk dəfə qadın rəhbərlik edəcək

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) tarixdə ilk dəfə qadın rəhb

arrow Ətraflı
Caner Erkinə şok - həbs oluna bilər like
  • 13 Mar 17:16  
İdman Caner Erkinə şok - həbs oluna bilər

"Beşiktaş"ın futbolçusu Caner Erkin həbs oluna bilər.

arrow Ətraflı
Nazir özünə yeni müşavir təyin etdi like
  • 13 Mar 17:16  
Digərləri Nazir özünə yeni müşavir təyin etdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat olub

arrow Ətraflı
Elmar Məmmədyarov Monteneqro parlamentinin sədri ilə görüşüb like
  • 13 Mar 17:15  
Digərləri Elmar Məmmədyarov Monteneqro parlamentinin sədri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro parlamentinin sədrinin ba

arrow Ətraflı
Martın 14-nə manatın məzənnəsi like
  • 13 Mar 17:15  
Digərləri Martın 14-nə manatın məzənnəsi

Martın 14-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı