2022-ci ilədək Azərbaycan dəmir yollarının inkşafına milyardlarla dollar investisiya qoyacaq


Digərləri 13 Mar 2018 17:48:00 204 0

2022-ci ilədək Azərbaycan dəmir yollarının inkşafına milyardlarla dollar investisiya qoyacaq

2010-2022-ci illərdə Azərbaycanın dəmir yollarına qoyduğu investisiyalar beş milyard dollara yaxın təşkil edəcək

Bakı. Maksim Tsurkov - 2010-2022-ci illərdə Azərbaycanın dəmir yollarına qoyduğu investisiyalar beş milyard dollara yaxın təşkil edəcək. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda konfrans zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Hicran Valehov deyib. O qeyd edib ki, proqnozlara əsasən Avropa İttifaqı ilə Çin arasında yük dövriyyəsi 2030-cu ilədək iki dəfə artacaq: “Bu proseslərdən kənar qalmamaq üçün Azərbaycan ölkənin dəmir yollarının inkişafı üzrə işlər həyata keçirməlidir. İşin böyük hissəsi artıq görülüb: Bakı-Tbilisi-Qars dəmir yolu işə salınıb, “Şimal-Cənub” layihəsi reallaşdırılır. Ümumilikdə dəmiryolu infrastrukturunun inkişafı üçün 2010-cu ildən 2022-ci ilədək 4 879,32 milyon dollar investisiya qoyulması planlaşdırılıb. Bu investisiyanın bir hissəsi yerləşdirilib, qalan hissəsi 2022-ci ilədək yerləşdiriləcək”. H.Valehov əlavə edib ki, vəsaitin böyük hissəsi dəmir yollarının rekonstruksiyası və elektrikləşdirilməsi, Bakı – Böyük-Kəsik dəmir yolunun əsaslı təmiri, vaqon parkının yenilənməsi, sərnişin və yük lokomotivlərinin satın alınmasına gedir.