İnternat uşaqlarının Novruz şənliyindən heyrətamiz anlar FOTOlar


Digərləri 13 Mar 2018 17:36:00 304 0

İnternat uşaqlarının Novruz şənliyindən heyrətamiz anlar  FOTOlar

Martın 13-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbində Novruz şənliyi keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, şənlikdə Təhsil Nazirliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin, YAP-ın Xəzər rayon təşkilatının əməkdaşları və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə qonaqlar "Köhnə və yeni Bakı" dekorasiyaları, qədim xalq sənəti nümunələri  ilə bəzədilən internat məktəbinin həyətində dekorativ sənət, rəsm və toxuculuq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra məktəbin dram dərnəyinin üzvlərinin iştirakı ilə "Keçəlin saqqalı və Kosanın saçı" adlı tamaşa nümayiş olunub. Uşaqların ifasında  Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər təqdim edilib, milli rəqslərimiz ifa olunub, uşaqlar Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyublar.