Bakının iki böyük qəsəbəsi arasında yeni yol salınır FOTO


Digərləri 13 Mar 2018 17:21:00 273 0

Bakının iki böyük qəsəbəsi arasında yeni yol salınır  FOTO

Ramana-Maştağa yolu ilə "Ramana Qalası" Tarixi abidəni birləşdirən yeni avtomobil yolu inşa edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, bu il icra olunan 63 kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi layihələri çərçivəsində inşa edilən yeni yolun uzunluğu 3,2 km, eni isə 6 m-dir.

Uzun illərdir köhnə və yeni Ramana qəsəbələri arasında birbaşa yol bağlantısı olmayıb. Hər iki qəsəbənin 12 mindən artıq əhalisi gediş-gəliş kimi əlavə bir-neçə km yol qət etməli olublar. Bu isə yük və sərnişin daşımasında xeyli problemlərə gətirib çıxarırdı. Yeni yolun inşası ilə isə sadalanan problemlərin birdəfəlik həlli gözlənilir.


Xəbərə aid fotolar