ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə ilk dəfə qadın rəhbərlik edəcək


Dünya 13 Mar 2018 17:14:09 237 0

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə ilk dəfə qadın rəhbərlik edəcək

Cina Haspel 1985-ci ildən idarədə çalışır, xaricdə böyük iş təcrübəsinə malikdir

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsinə daha əvvəl direktor müavini kimi çalışmış Cina Haspeli təyin edib.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, bununla da MKİ-yə ilk dəfə qadın rəhbərlik edəcək.

Xatırladaq ki, bir qədər əvvəl D.Tramp MKİ rəhbəri Mayk Pompeonu ABŞ dövlət katibi vəzifəsinə təyin edib.

Qeyd edilir ki, C.Haspel 1985-ci ildən idarədə çalışır, xaricdə böyük iş təcrübəsinə malikdir. O, xarici kəşfiyyat xidməti və antiterror mərkəzinin direktor müavini vəzifələrində işləyib.